"Beşiktaş" yanvar ayında 7 çətin oyuna çıxacaq - 4-ü səfər olmaqla...

img

27-12-2024 [17:19]


Bu mövsüm gözlənilənin əksinə olaraq, uğrusuz oyunu ilə yadda qalan "Beşiktaş"ı yanvar ayında gərgin oyunlar gözləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komanda bir ay içində 7 rəsmi matça çıxacaq.

Məlumata görə, yanvarda "Beşiktaş" Super Liqada “Çaykur Rizəspor”, “Bodrum” Futbol Klubu, “Rider Samsunspor” və “Onvo Antalyaspor”la qarşılaşacaq: "Komanda bu ayda Ziraat Türkiyə Kubokuna da qatılacaq və ilk sınağında “Net Global Sivasspor”a verəcək. Bundan başqa, "Beşiktaş"ı Avropa Liqasında iki qarşılaşma gözləyir. “Ağ-qaralar” İstanbulda “Atletik Bilbao”nu qəbul edəcək, son matçını isə səfərdə “Tvente”yə qarşı oynayacaq"

Xəbərdə deyilir ki, yeni ilə yeni başqanla girəcək "Beşiktaş" bu 7 oyunun 4-nü səfərdə oynayacaq.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA