Nazirliklə  "Qardaşlar Mebel" arasında şübhəli anlaşma: 7 ədəd paslanmaz alət masası, 3 ədəd plasmas masa, 2 divan, 5 dolab, 8 asılqan səbət, 3 arabaya 1.8 milyon manat ödəniləcək

img

26-12-2024 [15:04]


"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi mebel və digər təsərrüfat invertarları alır.

Pravda.az-ın xəbərinə görə, Mərkəz "Qardaşlar Mebel" QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, QSC-yə 1 835 852 AZN ödənilməlidir.

Alınacaq məhsullara 7 ədəd 2 mərtəbəli paslanmaz metaldan alət masası, 3 ədəd 2 mərtəbəli plasmas alət masası, 2 ədəd açılan təkli divan, 5 ədəd aptek dolabı, 8 ədəd infuziya üçün asılqan səbət, 3 ədəd avadanlıqlar üçün araba daxildir.

Qeyd edək ki, QSC-nin qanuni təmsilçisi Hüseyn Məmməd oğlu Mirzəyevdir. "Qardaşlar Mebel" daha çox tender qazanan şirkətlərdəndir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA