Bələdiyyə seçkiləri: 6 min 872 nəfərin namizədliyi irəli sürülüb

img

19-12-2024 [11:22]


Bələdiyyə seçkilərinə qatılanlardan bu günə qədər 1053 nəfər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Mia.az xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb: "Onlardan 350-yə yaxın namizəd qeydə alınıb".

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA