Rusiya Baş Qərargahı: Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləyir

img

18-12-2024 [16:23]


Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir, bu, həm də Moskvanın səyləri sayəsində mümkün olub.

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.

"Qərbin dağıdıcı fəaliyyətinin əksinə olaraq Rusiya Cənubi Qafqaz regionunda qurucu tədbirlər həyata keçirir. Əsasən dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləməsi göz qabağındadır", - o qeyd edib.

V.Gerasimovun sözlərinə görə, hazırda Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası sərhəd xəttinin "ən mürəkkəb hissələrindən birinin" demarkasiyası başa çatıb./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA