Milli Məclis İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibət bildirib
SİYASƏT
18.12.2024, 14:43
Milli Məclis İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibət bildirib.
Mia.az xəbər verir ki, Azərbaycan parlamentinin münasibətində qeyd edilir ki, bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir.
İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir.
Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.
Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir.
Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir.
Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir.
İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.
Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabiq nazir ittihama belə cavab verdi: "Müəllimlik edərək həyatımı sürürəm"
Bugün, 14:59 SİYASƏT
-
Bu tarixlərdə külək güclənəcək - Xəbərdarlıq
Bugün, 14:58 GÜNDƏM
-
Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir
Bugün, 14:50 CƏMİYYƏT
-
Sahibə Qafarova ermənistanlı spikerlə görüşdü - Türkiyədə nələr müzakirə edildi? (FOTO, Yenilənib)
Bugün, 14:45 GÜNDƏM
-
Suriya prezidenti Türkiyədə: “Ərazi bütövlüyümüzü təmin etdik…”
Bugün, 14:32 DÜNYA
-
Bakalavr üzrə ixtisasların sayı artırıldı - Hökumət qərar verdi
Bugün, 14:30 GÜNDƏM
-
Hava limanı və aerodromların təhlükəsizlik zonalar ilə bağlı qərar verildi
Bugün, 14:20 İQTİSADİYYAT
-
İran XİN ABŞ-a şərt qoydu: "Əgər..." - "Atəşkəs müharibənin yenidən başlamayacağı demək deyil"
Bugün, 14:07 GÜNDƏM
-
Kürdəmirə qatarla getmək mümkün olacaq gedəcək - Biletlər bu tarixdən satışda olacaq
Bugün, 14:00 CƏMİYYƏT
-
AGENTLİK İŞÇİLƏRİNİN MAAŞI NİYƏ ÖDƏNİLMİR? - "Yeni rəhbərlik gəldi, düşündük, daha yaxşı olar, ancaq daha betər günə gəldik..."
Bugün, 13:49 İQTİSADİYYAT
-
"Bölgədə liderliyi öz üzərinə götürəndə və öz regionuna sahib çıxanda..." - "Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər"
Bugün, 13:37 SİYASƏT
-
APRELIN “ULDUZ”U ÇAP OLUNDU
Bugün, 13:30 PRESS
-
Elza Seyidcahan: "Roza Zərgərli mənə 1000 manat ödəyəcək" - "Üzr tələbi təmin olunmayıb"
Bugün, 13:21 MƏDƏNİYYƏT
-
İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi niyə dayanıb? - 3 milyon manat yoxa çıxıb?
Bugün, 13:08 CƏMİYYƏT
-
Avropa əhalisi 53 milyon azalacaq – Rəsmi proqnoz
Bugün, 12:59 DÜNYA
-
"Komedixana"nın aktrisası bu sualın qarşısında aciz qaldı - VİDEO
Bugün, 12:56 ŞOU-BİZNES
-
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 12:54 GÜNDƏM
-
Müğənnidən "Camaat 100 ev yıxıb, mən bir ev yıxmışam" sözlərinə reaksiya: "Hamı bunu başıma vururdu"
Bugün, 12:41 ŞOU-BİZNES
-
Prezident İlham Əliyev Tufan Erhürmanla görüşüb - FOTO (YENİLƏNİB
Bugün, 12:40 GÜNDƏM
-
Kamran Əliyev Yusuf Kuzuya başsağlığı verib
Bugün, 12:37 GÜNDƏM
-
Konfrans Liqası: bu komandalar növbəti mərhələyə yüksəldi
Bugün, 12:19 İDMAN
-
İlham Əliyev Suriya prezidenti ilə görüşüb - Türkiyədə + FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:16 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:07 CƏMİYYƏT
-
Zakir Həsənov təlim mərkəzində: nazir tapşırıqlar verib
Bugün, 11:59 CƏMİYYƏT
-
“Space” bağlanmayacaq: "Kadr dəyişikliyi və..."
Bugün, 11:55 PRESS
-
Müğənni Rıza Tamer vəfat etdi – Evində dərman qəbul edib və…
Bugün, 11:39 MƏDƏNİYYƏT
-
CHP-li bələdiyyə sədri və xanımı saxlanıldı
Bugün, 11:25 DÜNYA
-
Mətbuat katibi vəzifədən çıxarıldı - Yeni təyinat
Bugün, 11:08 PRESS
-
Müavin direktor təyin edildi - FOTO
Bugün, 11:06 GÜNDƏM
-
BORC ƏVƏZİNƏ MÜLK TƏMİNATI... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətə izah verdi
Bugün, 11:00 GÜNDƏM
-
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
Bugün, 10:57 KRİMİNAL
-
Dövlət İmtahan Mərkəzi rezidentura barədə açıqlama yaydı
Bugün, 10:49 GÜNDƏM
-
“Şərq qapısı”nın baş redaktoru vəzifədən çıxarılıb
Bugün, 10:27 PRESS
-
XİN: Milli Günün mübarək, Suriya!"
Bugün, 10:09 SİYASƏT