BMT İsrailin Xan Yunisdəki məktəbə hücumu qınayıb

img

17-12-2024 [00:07]


"İsrail ordusunun Xan Yunisdə bir məktəbə hücumu və orada onlarla mülki vətəndaşın ölməsinə səbəb olması qəbulediməzdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xan Yunusdakı məktəbdə fələstinli məcburi köçkünlər sığınıbmış: "Məktəbə hava hücumu nəticəsində mülki şəxslərin ölümü bizə dərindən yaraladı. Biz bütün mülki ölümləri pisləyirik".

BMT rəsmisi Qəzzanın şimalında qida və su böhranı yaşandığını da dilə gətirib: "Təəssüf ki, bu barədə İsrailə 3 dəfə müraciət olunsa da, rədd cavabı verilib. Bu, beynəlxalq hüquqa zidddir..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA