İsrail İrlandiyadakı səfirliyini bağlayıb - Səbəb

img

16-12-2024 [00:05]


İsrail İrlandiyadakı səfirliyini bağlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb İrlandiyanın Beynəlxalq Ədalət Məhkəməsində (BCM) İsrailə qarşı açılan "soyqırım işi"nə qatılması və prosesə güclü dəstək verməsi olub.

Bu barədə açıqlama verən Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

Əlavə olunub ki, İrlandiyanın Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Məhkəmədə açdırdığı işə qatılması artıq bütün qırmızı xətlərin aşılmasıdır: "Bu, cavabsız qala bilməzdi. Baş verənləri nəzərə alaraq, İsrail İrlandiyadakı səfirliyini bağlamaq qəraına gəlib".

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA