"...bu, böyük əhəmiyyət kəsb edir" - Qida mühəndisi İsa Əliyevin Mia.az-a MÜSAHİBƏSİ
06-12-2024 [10:43]
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatının (ÜST) hesabatları göstərir ki, qida istehsalında süni əlavələrin, genetik modifikasiyaların və kimyəvi maddələrin artması insan sağlamlığına ciddi təhlükələr yaradır. Statistikaya görə, dünya miqyasında istehlak olunan GMO məhsullarının 70%-i birbaşa genetik dəyişikliyə məruz qalmış toxumlardan əldə edilir.
Bəs Azərbaycandakı vəziyyət necədir ? Bu problemin həlli üçün hansı addımları atılır?
Qida mühəndisi İsa Əliyev bu mövzuda Mia.az xəbər portalına müsahibə verib:
-Azərbaycanda qida təhlükəsizliyi proqramı hansı mərhələlərdə və necə həyata keçirilir?
-Azərbaycanda qida təhlükəsizliyi proqramı bir neçə əsas mərhələdən ibarətdir və bu proqramın həyata keçirilməsi əsasən QİDA Təhlükəsizliyi Agentliyi və müxtəlif dövlət orqanları vasitəsilə müvafiq qanunvericilik çərçivəsində tənzimlənir.Müstəqil Azərbaycanda ilk əsaslı qida təhlükəsizliyi haqqında qanun 2015-ci ildə qəbul edilsə də,2017-ci ildə Azərbaycan Respublikasını prezidenti cənab İlham Əliyev tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə Qida Təhlükəsizliyi Agentliyi dövlətin Qida Təhlükəsizliyi sahəsində əsas icraedici orqan oldu.
Bu agentlik qida məhsullarının təhlükəsizliyini izləyir,nəzarət edir və tənzimləyir. Onun fəaliyyətinə qida məhsullarının təhlükəsizliyini yoxlamaq,keyfiyyətini təmin etmək,istehsalçıları sertifikatlaşdırmaq və müvafiq qanunları tətbiq etmək daxildir.Azərbaycanda Qida Təhlükəsizliyi proqramı kompleks və çoxşaxəlidir. Hər bir mərhələdə müvafiq dövlət orqanlarının və təşkilatlarının kordinasiyası ilə həyata keçirilir.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahədə əsas rol oynayaraq istehsaldan istehlaka qədər bütün mərhələlərdə nəzarəti təmin edir və müvafiq qanunvericilik çərçivəsində tədbirlər görür.
- Son 6 ayda hər hansı ərzaq məhsulları üzərində monitorinq aparılıb. Bu prosesə dövlət qurumları və hətta sahəvi QHT-lər tərəfindən necə nəzarət edilir?
- Son 6 ayda mətbuatdan məlum olduğu kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi müxtəlif iaşə obyektlərində və istehsalçı firmalarda yoxlama və monitorinqlər aparılıb. Bu yoxlama və monitorinqlər əsasən qida təhlükəsizliyi ilə əlaqədar məsələləri əhatə etmişdir. Bundan başqa, İqtisadiyyat Nazirliyinin bazardakı ərzaqların qiymətlərini monitorinq etmək məqsədilə apardığı yoxlamalar da mövcuddur.
QHT-lər ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ictimaiyyətin məlumatlandırılması, istehlakçı hüquqlarının müdafiəsi və ərzaq məhsullarının monitorinqi sahəsində maarifləndirmə işləri aparırlar. Onlar müstəqil araşdırmalar və hesabatlar hazırlayaraq dövlət qurumlarına və cəmiyyətə məlumat təqdim edirlər. Bu proseslərin effektivliyi ərzaq məhsullarının keyfiyyətinin artırılması və istehlakçı məmnuniyyətinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
-Monitorinqlər zamanı ən çox hansı növ pozuntular aşkarlanır və onlara qarşı hansı tədbirlər görülür?
- Aparılan monitorinqlər zamanı ən çox aşağıdakı növ pozuntular aşkarlanıb:
Keyfiyyət standartlarına uyğunluq – Bir çox ərzaq məhsulunun keyfiyyət standartlarına cavab vermədiyi, yəni istehsal tarixinin keçməsi, saxlanma şəraitinin pozulması və ya tərkibindəki maddələrin düzgün göstərilməməsi halları müşahidə olunmuşdur.
Etiketlənmə pozuntuları – Məhsul etiketlərində yanlış məlumatların, o cümlədən tərkib hissələrinin, istehsal tarixinin və istehsalçı məlumatlarının düzgün göstərilməməsi halları aşkarlanmışdır.
Sanitariya və gigiyenik qaydaların pozulması – İstehsal və satış yerlərində sanitariya və gigiyena qaydalarına riayət edilməməsi, bu səbəbdən məhsulun təhlükəsizliyinin risk altında olması halları qeydə alınmışdır.
- Bəs, bu pozuntulara qarşı hansı tədbirlər görülür?
- Dövlət qurumları mütəmadi olaraq müfəttişlər göndərərək pozuntuları aşkarlayır və istehsalçılara, distributorlara müvafiq cəzalar tətbiq edirlər. İstehsalçılara və satıcılara ərzaq təhlükəsizliyi və keyfiyyət standartları barədə təlimlər keçirilir, maarifləndirmə işləri aparılır. Paralel olaraq, QHT-lər və dövlət qurumları istehlakçıları pozuntular barədə məlumatlandırır və onların hüquqlarını müdafiə etməyə çalışır.
Aşkarlanan ciddi pozuntular zamanı təhlükəli məhsulların bazardan geri çağırılması tədbirləri həyata keçirilir.
Bu tədbirlər ərzaq məhsullarının keyfiyyətinin artırılması və istehlakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür...
Əzizə Hakverdi
MİA.AZ
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq