Məzahir Pənahov: "Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcəyik"

img

02-12-2024 [16:29]


"Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik".

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq: "Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir"(Report)

MSK sədri əlavə edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək: "Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR