Türkiyənin iri şəhərlərində pis qoxu yayılacaq: zəhərli qaz təhlükəsi var! - Xəbərdarlıq

img

29-11-2024 [18:00]


Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin qərb və mərkəzi bölgələrində yaşayan əhaliyə xüsusi xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xəbərdarlıqda bu bölgələrdə "azot dioksid"dən qaynaqlanan pis qoxu yayılacağı bildirilib.

Qeyd olunub ki, dumanlı havaya səbəb olan azot dioksid qazı İstanbul, Ankara və İzmir kimi şəhərlərdə pis qoxusu ilə müşaiyət olunacaq: "Bu gün səhər saatlarından ölkə ərazisinə daxil olan yüksək təzyiqli hava qərb rayonlarında dumanlı hava şəraitinə səbəb olsa da, sabahdan etibarən bu vəziyyət digər şəhərlərdə özünü göstərəcək. Şənbə günü bir çox şəhərdə azot dioksid qazı səbəbiylə pis qoxu aydın hiss olunacaq".

Bəs bu qaz nədir?

Məlumata görə, "Azot dioksidi" qırmızımtıl qəhvəyi və zəhərli qazdır. Kəskin qoxu olan bu qazın qoxusu xlor iyinə bənzəyir. Atmosferin alt qatlarında və yerə yaxın səviyyələrdə çox az miqdarda olan bu sənaye qaynaqlı qaz yüksək atmosferdə ərimə və kimyəvi reaksiyalar nəticəsində ortaya çıxır.

İddia edilir ki, "azot dioksidi" zəhərli qaz olsa da, insan sağlamlığına birbaşa təhlükə yaratmır.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 07.12.2024

Sabah yağış yağacaq