21-07-2014 [16:22]
İsmayıllı rayon Kürdmaşı kəndində məktəb direktorunun şagirdə təcavüzünü rayon prokurorluğu araşdıracaq.
Bu barədəAxar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayon icra başçısı Mirdaməd Sadıqov polis rəisi və rayon prokuroru ilə birgə Kürdmaşı kəndinə gələrək, sakinlərlə görüşüb və onların narahatlıqlarını dinləyib.
Kənd sakinlərinin qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı şagirdə təcavüz etməsi və onun cəzalandırılması tələblərini nəzərə alınıb və işin araşdırılması aidiyyəti üzrə İsmayıllı Rayon Prokurorluğuna həvalə edilib. İstintaqın obyektiv aparılacağı və ədalətli qərar çıxarılacağı barədə verilən vəd sakinləri razı salıb.
Nə baş verib?
İsmayıllı rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazovun azyaşlı qıza təcavüz etdiyi iddia olunur. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.
A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum oldu ki, onu məktəb direktoru aparıbmış.
Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət varmış.
Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsinə izahat verdiyi bildirilirdi.
Kənd sakinləri isə dünən məktəbin yaxınlığında keçirdikləri aksiyada azyaşlı qıza təcavüz etdiyini bildirdikləri 56 yaşlı direktorun kənddən qovulmasını və həbsini tələb edirdilər.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO