Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
24-11-2024 [21:05]
Məlumdur ki, XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu baxımdan da ali məktəblərimizin məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib.
Mia.az-ın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd təhsil alanlarda XXI əsr bacarıqlarının- kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır.
STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisi, Beynəlxalq sertifikatlı müəllim Rəqşanə Məmmədova “STEAM Azərbaycan” layihəsinə dəstək məqsədilə dərslik hazırlayıblar. Bu kitab orta və ali ixtisas olmaqla, bütün təhsil səviyyələri üçün dərs vəsaiti kimi təsdiq olunub.
Bu gün Gəncə Dövlət Universitetində Elçin Cavadovun “STEAM”, eləcə də “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilibr.
Təqdimatda Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, respublikanın əməkdar müəllimi Gülsüm Fətəliyeva, Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, Gəncədəki universitetlərin tələbələri və digər şəxslər iştirak ediblər.
Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent Afaq Qasımova, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, professor Məntiq Cəfərov, "Fizika və texniki fənlər" fakültəsinin dekanı, professor Muğan Quliyev, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Şahin Tağıyev, “Riyazi analiz” kafedrasının müdiri, professor Orucəli Rzayev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov və başqaları çıxış edərək, dərsliklə bağlı fikir və mülahizələrini sadalayıblar.
Sonda isə müəllif Elçin Cavadov yekun sözü ilə çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə Gəncə şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Mia.az
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi