"Fənərbağça" 95 milyon avroluq oyunçu alır Mourinyonun qərarı gözlənilir

img

23-11-2024 [15:27]


"Fənərbağça" yanvar transfer dönəmində ulduz futbolçu almağı planlayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu “Mançester Yunayted”in cinah oyunçusu Antonini "radara" alıb.

Bildirilib ki, "Fənərbağça"nın transfer komitəsi ilə görüşən futbolçunun menecerləri İngiltərə klubunun "Ayaks"dan 95 milyon avroya transfer etdiyi futolçunu münasib qiymətə İstanbul klubuna icarəyə təklif ediblər: "Baş məşqçi Joze Mourinyo razılaşarsa, braziliyalı oyunçu satın alma opsiyonu ilə icarəyə götürüləcək".

Xəbərdə iddia olunur ki, Antoninin hazırkı transfer qiyməti 45 milyon avrodur.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb