200 qram südü 10 manat və ya Türkiyədən 2664 manata alınan uzunqulaqlar - KTN "biz almamışıq" deyir, bəs bu eşşəklər hara yoxa çıxıb?
22-11-2024 [12:47]
Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib.
Bu barədə “Yeniavaz” məlumat yayıb. Bildirilib ki, idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub.
Buna qədər isə Azərbaycan xaricdən ulaq idxal etməyib.
Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib?
Mia.az-ın məlumatına görə, “Yeni Müsavat” bu suala aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib.
Belə olan halda, idxalın fiziki şəxsin sifarişi ilə olunduğu güman edilir. Çünki ulaqlardan ailə təsərrüfatlarında yüngül işlərdə istifadə edirlər.
Azərbaycanda rəsmiləşmiş, iri ulaq təsərrüfatının olması ilə bağlı məlumat yoxdur. Bir zamanlar Abşeron rayonu Məhəmmədi qəsəbəsində ilk eşşək südü istehsal edən böyük ferma yaradılmışdı. Orada 100 başa yaxın ulaq saxlanılırdı. Bu ferma təkcə Azərbaycanda deyil, Qafqazda ilk böyük eşşək ferması idi. Sonradan həmin fermanın bağlanılması ilə bağlı məlumat yayıldı. Hazırda bu heyvanlardan yalnız ailə təsərrüfatında geniş istifadə olunur.
Fermer Ceyhun İbrahimov Novxanıda yaşayır və kiçik eşşək təsərrüfatı var. O deyib ki, uşaq vaxtlarından ailəsi eşşək saxlayıb. Onun sözlərinə görə, hazırda 11 eşşəyi var, onlardan 4-ü sağılandır. Fermer bildirir ki, eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir, qalanda xarab olur: “Eşşəyi saxlamaq asan deyil. İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir. Südünün 200 qramını 10 manata satıram. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə, qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə”.
Fermer yerli eşşəklərlə xaricdən gətirilən eşşəkləri də müqayisə edib: “Mənim Həmədan eşşəyim var. Onu mənə saxlamaq üçün veriblər.O eşşək yerlilərdən böyükdür və südü də çox verir.Türkiyəninki ilə bizim eşşəklər arasında heç bir fərq yoxdur. Onların belə baha qiymətə satılmasını da anlaya bilmirəm”.
Qeyd edək ki, Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur.
Ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.
Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə, bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur. Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş).
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:
Qazax rayonu - 895 baş
Quba rayonu - 891 baş
Samux rayonu - 728 baş
Tovuz rayonu - 550 baş
Yardımlı rayonu - 553 baş
Sabirabad rayonu - 474 baş
Goranboy rayonu - 468 baş
Astara rayonu - 448 baş.
MİA.AZ
Mediada reklam: pulu kimə və hansı kriteriyalarla verirlər?
ADSEA-da İctimai Şura niyə yaradılmayıb?
SABİQ NAZİRİN HƏYAT YOLDAŞI LÜKSENBURQDAKI ŞİRKƏTİNİ BAĞLAYIB - 82.3 milyonluq aktiv Britaniyaya köçürülüb (Sənədlər)
Sabah yağış yağacaq
Qurban Qurbanov jurnalistləri toya çağırdı - Baş məşqçi oğlunun məclisini “Neolit”də keçirəcək
Nəriman Axundzadə millinin heyətindən kənarlaşdırılıb
Maşında sıxılıb qalan qadın xilas edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb
Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTOLAR
Bakıda və rayonlarda xüsusi əməliyyat keçirildi, krimnal şəxslər qandallandı - VİDEO
Umud Rəhimoğlu "Təzə Pir"dəki yas qiymətinin bahalığına, Sabir Fondunun rəhbəri isə boşanmalara diqqəti çəkir
Bakıda reklam şirkətindən oğurluq olub
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölənlər var - VİDEO, FOTO
Fernandu Santuş AFFA-ya dirənir: "Axı nəyə görə istefa verməliyəm?"
Qayınata 32 yaşlı kürəkənini öldürdü
Azərbaycan nefti 67 dollara endi - Daha 2 dollar ucuzlaşma var
"Trabzonspor" yeni transferi ilə bağlı məlumat yayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" Ernest Muçini transfer edir
Cengiz Ünder "Beşiktaş"a keçdi
18 yaşlı şəxs 16 yaşlı bacısını öldürüb
Bolqarıstanın dövlət şirkəti 200 illik qazancını Türkiyəyə verədək - Nazir "Bu, ölkəmizi çətin vəziyyətə saldı" deyir
Astarada kütləvi zəhərlənmə: aralarında 8-i uşaqdır
Qəzzada itki - Son statistik məlumat açıqlandı
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Rektor hava isti olduğu üçün işə çıxmadığını deyir: "Universiteti uşaqlar özləri idarə edirlər”
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalandı
"Beşiktaş" Leandro Trossardı heyətinə qatmaq istəyir
Səbuhi Abbasov: “Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”
Nazir Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsini həvalə edib - Nazirlikdən açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bakıda evlərə girməyə çalışan qadın kimdir? - Açıqlama + VİDEO
Qadını vuran sürücünü belə döydülər - VİDEO
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTOLAR
Kamran Əliyev Yasamal rayonunda 47 nəfəri qəbul edib
"Əl Rayyan" Aleksandr Mitroviçi heyətinə qatıb
Salyanın icra başçısı 8 ayda 4 tender keçirib
İran və MAQATE rəsmiləri görüşəcək - Yenə Vyanada
CHP-nin İstanbul təşkilatına qəyyum təyin olunanlardan biri geri çəkildi: "Partiyanın ələ keçirilmə..."
Levon Balayan Bakıda məhkəmədə: "Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdə olmuşam"
Azərbaycanın üzvlüyünün bloklanması... - "Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlikdir"