20-07-2014 [14:51]
Bu barədə virtualaz.org saytına qəsəbənin Hətəm Allahverdiyev küçəsinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, qəsəbədəki həyət evlərində yaşayan xanım sakinlər gənc bir kişinin hərəkətlərindən küçəyə çıxmağa qorxurlar: "Bu adamla dəfələrlə rastlaşmışıq. O, tinlərdə, əsasən də gediş-gəlişin az olduğu yerlərdə dayanaraq qadınların küçəyə çıxmasını gözləyir. Qadınları görən kimi isə qəfildən soyunaraq müxtəlif əxlaqsız hərəkətlər etməyə başlayır. Bizim küçədə də bir neçə dəfə belə qeyri-adi hərəkətlər edib. Yaxşı ki, həmin anda qonşuların bir neçəsi səsə çıxıb, köməyə çağırdığımız qadınlarla onu daşa basaraq qovmuşuq. Amma tənha olanda qorxuruq, çünki kimliyini bilmədiyimiz bu adam bizə zərər verə bilər”.
Sakinlər dedilər ki, həmin gənc kişi ucaboylu, saqqallı və güclü bədən quruluşuna malik biridir: "Heç kimə fikir vermir, sakitcə gəzir, amma qadın görən kimi paltarlarını soyunub eyni hərəkətləri edir. Amma maraqlıdır ki, kişilərin qarşısına çıxmır, hətta məhəllənin kişilərini, qadınların həyat yoldaşlarını görən kimi qaçır. Buna görə də onun yaxalanması çətindir”.
Sakinlərin narahatçılığına səbəb olan bu "kişi” ilə bağlı ərazinin sahə müvəkkili ilə əlaqə saxladıq. Qəsəbənin sahə müvəkkili Azər Nəsirov virtualaz.org saytına bildirdi ki, bu məlumatı mütləq araşdıracaq: "Bu barədə bizə hələ heç bir məlumat daxil olmayıb. Amma araşdırma aparılacaq. Ola bilər ki, həmin insan ruhi xəstə olsun. Çünki biz də ruhi xəstələrin qadınları görən kimi soyunması, onları qorxutmağa çalışması, insanları narahat etməsi hadisəsi ilə dəfələrlə qarşılaşmışıq. Təəssüf ki, məhkəmə qərarı olmadan ruhi xəstələri xəstəxanalarda yerləşdirə bilmirik. Bunun üçün ruhi xəstənin ailəsinin razılığı olmalıdır. Şikayətdə deyildiyi kimi, sakinləri narahat edən adam varsa, bunu araşdırıb qarşısını alacağıq”.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO