GENERAL 12 MİLYON ZƏRƏR ÖDƏYİB - MN-dəki 143 milyonluq məhkəmə işi
15-11-2024 [18:25]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına verilən sorğuya cavab gəlib.
İstintaq orqanından verilən cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib:
"İş üzrə təqsirləndirilən Nizami Məmmədov tərəfindən 12 milyon 203 min manat, Vüsal Əlizadə 101 min, Cəlal Kazımov isə 110 min manat dəymiş ziyandan dövlət büdcəsinə ziyan ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanının ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub".
General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, iş üzrə şahid qismində dindirilən və Maliyyə və Büdcə idarəsinin keçmiş mühasibi olmuş Akif Umudov 210 min manat Nizami Məmmədovun adından zərər ödəyib:
"O, məhkəmə zamanı da bildirdi ki, dəymiş ziyanı Nizami Məmmədovun adından ödəyib. Halbuki, istintaq orqanı həmin ziyanı hesablamayıb. Xahiş edirik ki, həmin ödəniş hesablansın".
İş üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib, o, çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report)
Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində - FOTOLAR
Bakıda polis qəzada həyatını itirib
"Qalatasaray"ın sabiq baş məşqçisi Bakıya gəlib - FOTO
Almaniya Kansleri Putinə zəng edib - Nələr razılaşdırılıb?
Qəzzada son itkilər bəlli oldu - Daha 28 nəfər ölüb
GENERAL 12 MİLYON ZƏRƏR ÖDƏYİB - MN-dəki 143 milyonluq məhkəmə işi
"Tiktoker Zeynəb" hakim qarşısına çıxarılıb
Ən çox hansı banklardan şikayət var? - SİYAHI
İbrahim Yattaranın yaxın dostunu İstanbulda öldürüblər - Hamama görə
Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzi açılıb
Əli Əsədov Səid Məhəmməd Əl Tayerlə görüşüb
Ceyhun Bayramov BMT rəsmisi ilə danışıqlar aparıb
İlon Mask İran rəsmiləri ilə bir saatdan çox çəkən gizli görüş keçirib - Sanksiya, nüvə danışıqları və...
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Terim Bakıda jurnalistlərlə görüşəcək
Güclü yağış və dağlıq rayonlarda qar yağacaq - Bu tarixdə
Anasının yasına gələn şəxs güllələndi - Lənkəranda
Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
İsrail telekanalı: "Tramp Netanyahuya söz verib..."
Daha bir hərbi hissədə təlim olub - MN-dən açıqlama
"Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir" - Tanınmış vəkilin nitqində problem yaranıb
"Kartdan karta" üsulu ilə işləyən daha 170 sahibkar cərimlənib
Tereza Mey Bakıda Sahibə Qafarova ilə görüşdə: "Tədbiri yüksək səviyyədə təşkil edibsiz" (FOTO)
İmamoğlunun "...vız gələr, tırs gedərlər" sözlərinə nazirdən cavab gəldi: "Məhkəmə kiminsə arxa bağçası deyil"
Şimali Koreya düşmənlərinə meydan oxuyur - Yeni kamikadze PUA-lar sınaqdan çıxarıldı
PUTİN ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
PREZİDENT TƏHSİLLƏ BAĞLI YENİ SƏRƏNCAM İMZALADI - Detallar
SOCAR “yaşıl istiqraz" buraxacaq - Açıqlama
Müşavir yüksək vəzifəyə təyinat aldı - ADY-də daha bir dəyişiklik
Sabahın hava proqnozu açıqlanıb
Bakıda “Yaşıl artım portalı” təqdim olunub
Xanım deputat Oksford Universitetindən məzun olub - "Təhsil haqqının 70 faizni kim ödəyib?" sualı isə cavabsız qalıb
XİN başçısı: "Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır"
Ər-arvadı öldürüb evlərini yandıran şəxslə ağlı qərar verilib
Malatya şəhərində yenə zəlzələ olub - 4.9 bal gücündə
"Bavariya"nın qolçusu arvadına təyyarə alır
Dövlət Sosial Müdafiə Fondu 1.2 milyonluq obyekt icarəyə götürüb
Türkiyə ordusu daha 3 terrorçunu zərərsizləşdirib - Suriyada
AYNA: "Taksi operatorlarının əlavə vəsait tutması qanunsuzdur"
Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərdi: “Biz münaqişənin "iki dövlət” prinsipi ilə həllinin tərəfdarıyıq"
Saxta estetik cərrahlar və... - Böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?
Messi Azərbaycana gələcək - Bu tarixdə