SOCAR, “Masdar” və “ACWA Power” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

img

15-11-2024 [14:21]


COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mia.az SOCAR-a istinadla bildirir ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.

Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA