Anasının yasına gələn şəxs güllələndi - Lənkəranda

img

15-11-2024 [16:17]


Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Məlumata görə, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəşlə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.

Faktla bağlı araşdırma davam etdirilir(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA