Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları azalıb - Bir həftə içində 2.3 milyard dollar...

img

15-11-2024 [00:10]


Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatları bir həftə içində cidid şəkildə azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həfətlik statistik hesabat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki həftə ilə müqayisədə 2 milyard 311 milyon dollar azalaraq 157 milyard 308 milyon dollara geriləyib: "Bu dövrdə qızıl ehtiyatları da 1 milyard 427 milyon dollar azalaraq 66 milyard 614 milyon dollardan 65 milyard 187 milyon dollara düşüb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA