XİDMƏTƏ SƏDR ƏVƏZİ və YENİ MÜAVİN TƏYİN OLUNUB - Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub (SİYAHI)
11-11-2024 [00:07]
Bu ilin sentyabrın 25-də İstanbulda ürəyindən əməliyyat zamanı vəfat edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənovun yerinə müvəqqəti təyinat olub.
Mia.az-ın əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun əmri ilə vaxtilə Şəmkir, daha sonra isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi işləmiş, sonradan isə quruma müavin gətirilən Tahir Xəlilov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi təyin edilib.
Məlumata görə, yeni sistemi mənimsədikdən sonra onun sədr təyinatı da mümkün sayılır.
Mia.az-ın əldə etdiyi digər məlumata görə, müvafiq əmrlə Cavid İsmayılzadə isə sədrin müavini təyin olunub: ""Azərsu" ASC-nin ləğvindən sonra qurumda sədri müavini olan 1-ci müavin Teyyub Cabbarov getdi, daha dəqiqi, ona yeni qurumda vəzifə veirlmədi, onunla yanaşı, digər müavin Seymur Seyidov da yola salındı. Digər müavin Etibar Məmmədov isə Zaur Mikayılova müşavir aparıldı. Digər müavinlər isə "Azərsu" ASC-nin bazasında yaradılan xidmətdə müavin postuna keçirildilər. Bu günlərdə isə "meliorasiya"dan Cavid İsmayılzadə müvafiq əmrlə xidmət rəisi Tahir Xəlilova müavin təyin olunub. Bu təyinatda ilginc olan odur k, ona 5 iri şəhərlərlə bağlı xüsusi səlahiyyət verilib. Yəni, anlaşılan odur ki, Bakı daxil, 5 iri şəhərin su və sukanal sahəsi üzrə "göydə uçan, yerdə qaçan" nə varsa, hamısına Cavid ismayılzadə "hə-yox" deyəcək".
Xəbərdə o da deyilir ki, bu dəyişikliklərlə bərabər, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Texniki şərtlərin verilməsi şöbəsinin müdiri Mahir Cəfərlini də Vüqar Bayramov əvəzləyib...
Əldə etdiyimiz məlumatda ən diqqətçəkən təyinat isə "Bakı Sukanal" MMC-nin rəisi ilə bağlı olub: "Zaur Mikayılov "Bakı Sukanal" MMC-nin rəisi, məşhur Habil Quliyevi "taxtdan salıb", onun yerinə isə Rauf Osmanov gətirilib. Rauf Osmanov bu sahəyə digərləri kimi yad deyil. O, yeni və yüksək vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi idi...".
Mia.az-a verilən məlumata görə, Agentlik və ona bağlı olan digər qurumlarda da böyük kadr dəyişiklikləri baş verib.
Bununla bağlı yazılarımız olacaq.
Samir Musayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb