"İlham Əliyev məhz Donald Trampa "stavka" etmişdi" - "Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı..."
06-11-2024 [12:18]
Bizim müxalifət yenə məyus oldu. Iqtidarımızın isə çiçəyi çartladı. Naxış atırlar. İlham Əliyev məhz Donald Trampa "stavka" etmişdi. Cənab prezident çıxışlarında açıq mətnlə demokratların əleyhinə, respublikaçıların isə lehinə fikirlər səsləndirmişdi. Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı...
Demokratları təmsil edən prezident Co Bayden öncə qondarma erməni "genosidini tanıdı, 2023-cü ildə isə-23 illik fasilədən sonra ermənilərin sifarişi ilə bədnam 907-ci düzəlişi yenidən "diriltdi". Bundan sonra isə Azərbaycanla ABŞ arasındakı münasibətlər dalana dirəndi...
Mən bu seçkidə Donald Trampın qalib gələcəyini demişdim. Niyə o, qalib gəldi? Çünki Rusiya-Ukrayna müharibəsini yalnız o durdura bilərdi. Amerika xalqı sülhə səs verdi...
Azərbaycan üçün də Donald Trampın seçilməsi son dərəcə önəmlidir. Təsadüfi deyildi ki, erməni analitiklər də yazırdılar ki, sülh müqaviləsini imzalamaq üçün İlham Əliyev Donald Trampı gözləyir.
Donald Trampın qələbəsi Azərbaycan üçün Türkiyədə Tayyib Ərdoğanın qələbəsi qədər önəmlidir. Aydındır ki, Tayyib Ərdoğan olmasaydı, yəni Türkiyə Azərbaycanın arxasında dayanmasaydı rəsmi Bakı 2023-cü ildə Qarabağı erməni separatçılarını təmizləyə bilməzdi...
Donlad Tarmpın gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoydu. Heç şübhəsiz ki, bundan sonra Azərbaycan Ermənistana qarşı daha sərt mövqedən çıxış edəcək və daha çox güzəşt qoparmaqda israrlı olacaq...
Ən önəmlisi isə odur ki, Donald Trampın gəlişi "Zəngəzur dəhlizi"nin açılışına yaşıl işıq yandıracaq...
Donald Trampın qələbəsi ən çox İranı məyus edəcək. Çünki Donald Tramp radikal şəkildə İsrailin yanındadır. Xatırladım ki, o, prezident kimi 2017-ci ilin dekabrında Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. 2018-ci ilin mayında isə Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etdi...
Orasını da deyim ki, Kamala Harrisin prezident seçilməsi üçün Amerika erməni lobbisi var gücünü işə salmışdı. Təbii ki, Amerikadakı yəhudi lobbisi ermənilərdən qat-qat güclüdür. Yəhudi lobbisi bir daha öz məharətini göstərdi...
O da aydındır ki, bu qələbə Rusiyanı-Vladimir Putini son dərəcə sevindirdi. Cənab Putinin Rusiya-Ukrayna müharibəsini rəsmi Moskva üçün münasib şərtlər daxilində bitirmək imkanları kəskin şəkildə artdı...
Türkiyə prezidenti Tayyib Ərdoğanla Donald Trampın şəxsi münasibətləri də yüksək səviyyədədir. Cənab Ərdoğan prezident seçkisi ərəfəsində Donald Trampa dönə-dönə dəstək verib.
Bu sırada Macarıstanın Baş naziri xüsusi yer tutur. O, birmənalı mövqe sərgiləyib: “Mən 2016-cı il seçkilərində ABŞ-nin keçmiş prezidenti Trampı dəstəkləmişəm. İndi də onu dəstəkləyirəm”.
V.Orban bildirmişdir ki, Tramp ABŞ-nin ən uğurlu prezidentlərindən biridir: “Əgər 2022-ci ildə o, hakimiyyətdə olsa idi, müharibə başlamazdı. Mən buna əminəm”.
Sözümün canı o ki, Azərbaycanla yanaşı, onun müttəfiqlərinin də beynəlxalq siyasi arenada mövqeləri ciddi şəkildə gücləndi.
Azərbaycan və Türkiyə üçün xeyirli-uğurlu olsun. Qalanı düzələr...
Elbəyi HƏSƏNLİ
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Tolik "MTV Azərbaycan" telekanalından getdi - Açıqlama
Nazir bu QHT-lərə pul ayırdı - SİYAHI
Məşhur müğənni vəfat etdi - 79 yaşında
Komada olan aktyorun xanımı: "Möcüzə olsun” - FOTO
"Bozbash pictures"in məşhur aktyoru ilə bağlı möcüzə: həkimlər son anda ürəyinin fəaliyyətini bərpa edib, vəziyyəti kritikdir (YENİLƏNİB)
"Xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev
Vahid Ələkbərov sərvətini artırıb - 27.2 milyard dollara çatıb
"Əgər partiyanı bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan..." - Lalə Şövkətin oğlu anasının aktiv siyasətə dönmə xəbərindən danışdı
Prezident və ailə üzvləri Şahdağda - FOTOLAR (YENİLƏNİB)
Almaniyaya sığınmış Emin Milli 12 il sonra geri döndü, Şuşaya getdi: "Bu hissləri təsvir etmək çox çətindir" - FOTOLAR
İş adamı sabiq deputatın şirkətini niyə məhkəməyə verib? - Qalmaqal
Sabah hava necə olacaq? - Proqnoz
Dərmanların qiyməti də bahalaşıb
İŞIQ, QAZ və SU PULLARI QALXDI - Yeni qiymətlər (YENİLƏNİB)
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb
Əkrəm Əylisli istefa ərizəsindən danışdı, yazıçı Anarı "topa tutdu": "O, hər şeyi yalan danışır, gördü ki, məni öldürə bilmədi, buna görə..."
Aktyor aparıcıya "təpindi": "Qələt eləmə, başından böyük danışma"
RƏSMİ QURUM XANIM NAZİR MÜAVİNİ HAQDA ŞOK İTTİHAMLAR YAYDI: 8 illik qadağa, döymə, pul mükafatlarını "qapazlamaq" və... (FOTOLAR)
Tovuzda 71 yaşlı kişi yanaraq ölüb
Kolbasa xərçəng yaradır - Həkim SOS verdi
ATV-də yeni veriliş açılacaq
BAKIDA MAŞIN POLİS BÖLMƏSİNİN HASARINA ÇIRPILIB - Qəza ilə bağlı maraqlı iddialar yayıldı (VİDEO, YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Biznesmenin həbsdən yeni çıxan oğlu kimə sətiraltı mesaj verir? - "Kim dost deyil, bunu açıq şəkildə gördük"
Lalə Şövkət aktiv siyasətə döndü: partiya qurultay keçirdi, keçmiş dövlət katibi lider oldu - AKP-nin yeni sədr seçildi
Şamaxıda yaşlı adamlar dalaşıb: 53 yaşlı şəxs öldürülüb, iki nəfər isə ağır xəsarətlər alıb
Kafedə silahlı insident: yeddi nəfər ölüb
Azərbaycan nefti 77 dollara qalxdı
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb - Xəbərdarlıq
Nazir Vilayət Eyvazov 5 rayondan vətəndaşları qəbul edəcək
“Neftçi” 31 yaşlı müdafiəçi ilə vidalaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT XALQA MÜRACİƏT ETDİ - MƏTN (VİDEO)
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif olundu - Sərəncam
Prezident İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI
Tahir Budaqov təltif olundu - 60 yaşına görə
ONLAR TƏLTİF EDİLİB - SİYAHI
GÖMRÜK ƏMƏKDAŞI HAVA LİMANINDA 4 KQ QIZILLA TUTULUB - Mirzəliyev məşhur polkovnikin qardaşı oğlu imiş (FOTO)
NƏDƏN QƏZAYA DÜÇAR OLDUN? (Elegiya)
Azərbaycan nefti bahalaşıb
Xəzər dənizində ard-arda zəlzələ olub
General müşavir təyin olunub
Prezident İlham Əliyevdən paylaşım - FOTO