Xocalıda daş yatağı hərraca çıxarılıb - Bu qiymətə

img

06-11-2024 [10:24]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarıb.

Mia.az xəbər verir ki, hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10 %-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) müraciət edə bilərlər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA