ƏƏSMN-in "Milli Observatoriya"sı: əsas işi nərd yarışıdır, yoxsa...? - FOTOLAR
03-11-2024 [18:05]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli qurumun işçiləri bekarçılıqdan iş vaxtı nərd çempionatı keçirməklə məşğuldur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi, ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması nəzərdə tutulmuşdur.
Dövlət başçısının 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi yaradılmış, Nizamnaməsi təsdiq edilmişdir.
Qurum yaradılarkən nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil etmiş və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılmışdır.
Məlumat üçün bildiririk ki, ölkədə bütün müəssisə və təşkilatlardan hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi işəgötürəndən, işçinin əməkhaqqının 0,5 faizi olmaqla işçidən işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən sığorta fonduna ödənilir.
Nizamnaməsindən görünür ki, əmək bazarı və social sahədə milli strateji düşüncə mərkəzi funksiyası yerinə yetirən bu qurum əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirməli, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyillərini müəyyən etməli, təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini mütəmadi olaraq təhlil etməli, bu sahədə təkmilləşdirmələrin aparılması üçün müvafiq təkliflər verməli, iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirməli və gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində “Beyin Mərkəzi” rolunu oynamalı idi.
Lakin əfsuslar olsun ki, qeyd olunan strateji istiqamətlərdə fəaliyyət göstərməli olan bu qurumun rəhbərliyi və əməkdaşları iş vaxtı ərzində nərd oynamaqla məşğul olur. Gənclərin işsizlik problemini həll etməli olan, onların məşğulluğunun təmin olunması üçün çıxış yolları axtarmalı olan qurum bu istiqamətdə strateji təhlillər aparmaq və ali rəhbərliyə çıxış yolları təklif etmək əvəzinə daha “strateji” və “daha böyük” işlərlə məşğul olmaqda, nərd taxtadakı daşların konfiqurasiyasını müəyyənləşdirmək üzərində “baş sındırır”.
Redaksiyamıza daxil olan məlumata görə bekarçılıqdan təşkil edilən belə nərd çempionatında uduş fondu müvafiq olaraq qalibə - 300 manat, ikinci yerin sahibinə = 200 manat, üçüncü yerin sahibinə isə - 100 manat təşkil etmişdir.
Elə buna görə də kifayət qədər yüksək iqtisadi potensialı, resursları, kadr ehtiyatları, məşğulluq yaratmaq qabiliyyəti olan Azərbaycanda ali təhsil müəssisələrinin məzunları ilə iş yerləri Xalq şairimiz Məmməd Arazın təbirincə desək yüz il qoşa atılsa da qoşa düşə bilmir.
Çünki müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi istiqamətində rəqabətqabiliyyətli fundamental təhlillər təqdim etməli olan qurum rəqabətqabiliyyətli nərd həvəskarları yetişdirməklə məşğuldur.
Əldə etdiyimiz məlumata görə bu qurumun ilkin yarandığı dövrdə kifayət qədər əhəmiyyətli kadr potensialı mövcud olmuş, lakin bu quruma “paraşüt”lə endirilmiş təsadüfi şəxs olan Elnur Səfərlinin rəhbərlik etməyə başlamasından sonra bu kadr potensialı zaman-zaman deqradasiyaya uğradılmış və uzaqlaşdırılmışdır. Heç bir elmi dərəcəsi, elmi tədqiqatları və dövlət idarəetmə təcrübəsi olmayan bir şəxsin belə strateji beyin mərkəzinə rəhbərlik etməsi təəəccüblüdür.
Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmışdır(Mənbə: https://xeberciniz.biz/2024/11/02/nazirlikde-gulmeli-cempionat/)
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı