ŞADLIQ EVİNDƏ SİLAHLI İNSİDENT: polisə atəşə açan şəxs öldürüldü, bir polis isə yaralanıb

ŞADLIQ EVİNDƏ SİLAHLI İNSİDENT: polisə atəşə açan şəxs öldürüldü, bir polis isə yaralanıb 

KRİMİNAL

03.11.2024, 13:10

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Bir polis əməkdaşı yaralanıb.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR