İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı keçirilib - İdarə Heyətinə yeni üzvlər seçilib (FOTOLAR)
02-11-2024 [10:11]
İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı keçirilib.
Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzərək xatirəsi ehtiramla yad edlib.
İmişli şəhər Heydər Əliyev Mərkəzində keçirilən hesabat konfransında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, rayon ağsaqqalar şurası ərazi təşkilatlarından seçilən nümayəndələr iştirak ediblər. Ulu Öndərin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov giriş nitqində konfrans iştirakçılarını salamlayıb və milli- mənəvi dəyərlərimizin daşıyıcısı olan ağsaqqalların cəmiyyətdə aparıcı rolundan ətraflı söhbət açıb.
Hazırda ölkəmizdə və rayonda ağsaqqallar şurasının sürətlə genişlənməsinin əhəmiyyətini və bu sahəyə dövlət dəstəyinin olduğunu qeyd edib.
Saleh Səmədov çıxışında Dahi Lidermiz Heydər Əliyevin "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur" kəlamının şərəfli ömür yaşamış müdrik insanlara böyük dəyərinin bariz nümunəsi olduğunu bildirib. Bu böyük diqqət və qayğının hazırda Prezident cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.
Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev konfrans iştirakçılarını salamlayaraq, İmişli rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai- mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştiralçılarına catdırıb. Ölkəmizdə tarixi ənənələrin, mənəvi dəyərlərin nəzərə alınmasında, ictimai- siyasi, sosial- iqtisadi həyatın inkişafında ağsaqqalların oynadığı aparıcı rolun əhəmiyyətindən söhbət açıb.
Hörmətli Saleh Səmədovun rəhbərliyi ilə İmişli rayon Ağsaqqallar Şurasının səmərəli fəalliyət göstərdiyini xüsusi qeyd edib və uğurların davamlı olmasını arzulayıb.
Konfransda İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat məruzəsi dinlənilib və məruzə ətrafında çıxışlar olub.
Qeyd olunub ki, son 3 ay ərzində rayon ağsaqqallar şurası üzvülərinin sayı 7 dəfəyə qədər artıb, ərazi təşkilatının sayı 49 - a çatdırılıb. Çıxış edənlər eyni zamanda Saleh Səmədovun böyük bir xeyriyyəçi kimi gördüyü işləri xatırlayıb. Onun şəhid, qazi ailələrinə etdiyi köməkliyi, zəruri ehtiyacı olan insanlara yardımlarını, İmişli şəhərində gedən quruculuq işlərində əvəzsiz xidmətlərini, reklamsız etdiyi digər yaxşılıqların rayon sakinləri tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər.
Tarixi günlərdə İmişli Rayon Ağsaqqallar Şurasının keçirdiyi müxtəlif tədbirlər, yaxud rayon miqyaslı tədbirlərində şuranın yaxından iştirakı və dəstəyi təqdirəlayiq olaraq qiymətləndirilib.
Rayon ağsaqqallar şurası üzvlərinin sayının durmadan, mütəmadi olaraq artması bir tərəfdən milli- mənəvi dəyərlərimizə hörmət əlamətidirsə, digər tərəfdən təşkilatın sədrinin nüfuz və hörmətinə insanların böyük etimad və inamının nəticəsidir.
Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti seçilib.
Sonda hesabat məruzəsi və çıxışlarda qeyd olunanlar nəzərə alınaraq qərar layihəsi müzakirə edilərək təsdiq edilib. Qəbul edilən qərarda İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyəti yekdilliklə qənəatbəxş qiymətləndirilib və gələcək fəaliyyətin istiqamətləri, hədəflər öz əksini tapıb.
Konfrans İmişli rayon Axsaqqallar Şurasının qarşıdakı dövrdə daha böyük uğurlara imza atacağına inamı ifadə edərək öz işini başa çatdırıb.
Vahid Tağıyev,
İmişli rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü
MİA.AZ
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...