"Mən dişlərimi o həkimlə reklam qarşılığında düzəltdirdim" - Rəqqasə Fatimə

img

01-11-2024 [14:45]


Rəqqasə Fatimə Fətəliyevanın səhhətində problem yaranıb. 

Bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib. 

Fətəliyeva bildirib ki, naşı stomatoloq onun dişlərini səhv müalicə edib: 

“Tanınmış diş həkiminin yanında getdim. Adını açıqlamayacağam. O, dişlərimi bərbad vəziyyətə qoydu. 6 aydan sonra dişlərimi müalicə edirəm. Çox əziyyət çəkirəm. Üzüm dişimə görə şişib. Gecə mənə müvəqqəti dişlər qoydular ki, səhər sizin verilişinizə gələ bilim. O həkimin adının açıqlayıb pislik etmək istəmirəm. Mən pis insan deyiləm.  Pulsuz olanda belə olur da...

Amma indi pulumu vermişəm, yenidən düzəltdirirəm. Mən dişlərimi o həkimlə reklam qarşılığında düzəltdirdim. Onu instaqramda reklam etdim”./OLAY 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA