MSK QƏRAR VERDİ: 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək

img

01-11-2024 [11:37]


Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək.

 Mərkəzi Seçki Komissiyasından Mia.az-a verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.

Seçki məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA