Papua Yeni Qvineyada güclü zəlzələ olub - 6 bal gücündə

img

30-10-2024 [17:46]


Papua Yeni Qvineyada güclü zəlzələ olub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, 6 bal gücündə zəlzələnin episentri Qərbi Yeni Britaniya əyalətinin Kimbe şəhərindən 121 kilometr şimalına təsadüf edib.

Məlumata görə, təxminən 521 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA