BŞİH iki qurumu nişan verdi - Bəs onlar tunellərin suyla dolmasını necə izah edir? (AÇIQLAMALAR)
CƏMİYYƏT
30.10.2024, 11:00
Son günlər Azərbaycanda havaların yağıntılı keçməsi paytaxt Bakıya xeyli problemlər yaşadıb.
Belə ki, artıq neçənci dəfədir ki, şəhər yağış sınağından uğurla çıxa bilmir. Yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur.
Mia.az-ın məlumatına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, bu, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və “Azəryolservis” ASC-nin fəaliyyəti ilə əlaqədardır. Onun sözlərinə görə, körpülərin tikintisi, yollarda kanalizasiyaların quraşdırılması xidməti ilə məşğul olan bu qurumlar ərazinin pis vəziyyətə düşməsində birbaşa məsuliyyət daşıyır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpülərin, yolların və tunellərin tikintisi ilə agentlik məşğul olsa da, Sabunçu rayonunda salınan tunel AAYDA-nın balansında deyil: “Bütün körpülərin, tunellərin tikintisi həm agentlik, həm də aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülür. Tam normalara cavab vermədiyi halda istismara qəbul olunmur. Orada hər bir şey inşaat normalarına uyğun olaraq həyata keçirilir. Hər bir şey öz qaydasında olmalıdır. Yağış yağarkən müəyyən tunellərdə problemlər yaşandı. O tunellərdə nasosxanalar fəaliyyət göstərir. Nasoslar tam gücü ilə işləyirlər. Daxil olan suyu vuran sistem korrektorlara qoşulur. Normadan artıq yağış yağanda güclü su axını baş verir və korrektor çatdırıb su axınını tam qəbul edə bilmir. Nəticədə su tunelə yığılır. Əsas problem odur ki, yağış azalandan və ya kəsəndən sonra su heç yerə axmasın. Biz belə hadisə ilə yolda rastlaşmamışıq. Yağış və qrunt sularının kənarlaşdırılması sisteminin hamısı kollektorlara qoşulur. Kollektor ötürə bilmədikdə belə bir problem yaranır”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib ki, normadan artıq yağan yağışlardan sonra ağır fəsadların müşahidə olunmaması üçün qurum üzərinə düşən bütün işləri görür: "Yağış sularını axıtmaq üçün istifadə olunan drenaj sistemləri və tullantı sularını daşıyan xətlər, kollektorlar müntəzəm fəaliyyət üçün mütəmadi təmizlənir".
Xidmətin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulubsa, ondan dəfələrlə çox su miqdarı yaranıbsa, bu zaman ərazini su basır: “Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar, borular, su axıntıları ilə bağlı drenaj sistemlər sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən quyulardır, borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir, dəyişdiriləcək və dəyişdirilməlidir. Digər tərəfdən, bildiyiniz kimi, yağış sularını axıdan drenaj sistemi fərqli fəaliyyət göstərir. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar ki, birləşib. Yəni eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bununla yanaşı, 15-20 il bundan öncəyə baxsaq, Bakı şəhərində 2 milyon əhali vardı. O zaman bu qədər tikintilər, bu qədər evlər yox idi. Amma bu gün Bakıda 5 milyondan çox əhali var. Tikintilərin də sayı 100 dəfədən çox artıb. Elə yerlər var ki, məsələn, Qobuda, Lökbatanda, qayalardan, təpələrdən su cığırların, axıntı üçün nəzərdə tutulan kanalların üzərində restoranlar, evlər tikilib. Bu zaman su artıqları kanallar vasitəsilə axıb kollektorlara tökülə bilmir. Bakı şəhərinin Baş Planında 2040-da bu kimi problemlərin həlli nəzərdə tutulub. Yəni şəhər ərazisində yağış, drenaj boru xətləri məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Bu kimi işlərə başlanılıb və davam edir”.
Ekspert Rauf Ağamirzəyev isə deyib ki, ölkənin ən gur yağıntılı yeri Lənkərandır. Orada bir həftə ərzində dayanmadan yağış yağa bilər. Lakin son illər Bakıda da intensiv yağışlı günlərin sayı artıb: “Bakının bütün yol şəbəkəsinin uzunluğu 1692 kilometrdir. Bütün şəhəri əhatə edən və yağış sularını idarə edən sistem yoxdur. Yəni mövcud sistem 22 faizi əhatə edir. Bu natamamlıqlardan biridir. İkinci natamamlıq isə odur ki, həmin yağış sularını idarə edən sistem məişət kanalizasiyasına qatılır. Bu da ayrı bir fəsad yaradır. Digər məsələ isə odur ki, şəhər küçələrində sahə genişləndirilsə də, yerin altındakı infrastruktur olduğu kimi qalır. Bu da bir problemdir. Ümumilikdə Bakının manipulyasiya olunan mövzuları çoxdur. Onlardan biri də paytaxtın köçürülməsidir. Bu tək həll yolu deyil. Bakının yeraltı infrastrukturu mütləq genişlənməlidir. Bütün şəhərin yeraltı kommunikasiyası olmalıdır. Bunun üçün müasir tikinti metodu var. Onlardan biri mikrotuneldir. 2-3 metrlik diametri olan şəbəkə halında 250-300 metrdən bir quyular qazılır. O quyuların arasındakı mikrotunellərlə bu işlər görülür.
Bakı milyonluq şəhərdir və heç yerə köçürülə bilməz. Şəhərin iqtisadiyyatı durmadan inkişaf etməlidir, dayandırmaq olmaz. Ona görə də kommunikasiyaların köçürülməsi işinə diqqət və investisiya artırılmalıdır"("Yeni Müsavat)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"ƏRDOĞAN QIRILMAZDIR, ONUNLA ƏLLƏŞMƏYƏ DƏYMƏZ" - Tramp Körfəz ölkələri liderləri ilə görüşdə Türkiyə lideri haqda elə şeylər dedi ki...
Bugün, 00:22 GÜNDƏM
-
ABŞ-İRAN RƏSMİLƏRİ NYU-YORKDA 3 SAATLIQ GİZLİ GÖRÜŞ KEÇİRDİ: "Çox əla müzakirə oldu, onlar niyə razılaşmır, bunu başa düşmürəm"
Bugün, 00:08 GÜNDƏM
-
Polşa böyük müharibəyə hazırlaşır? - XİN başçısı "ərzaq ehtiyatı toplamışıq" deyir
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
AZƏRBAYCAN və İRAN XİN BAŞÇILARI NYU-YORKDA BİR ARADA: nələr müzakirə edildi?
22.09.2026, 23:32 GÜNDƏM
-
Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Mahmud Abbas burada niyə yoxdur?"
22.09.2026, 23:19 GÜNDƏM
-
Azərbaycanın İrandakı səfirliyi məlumat yaydı - Ölkəyə qayıtmaq istəyənlər üçün...
22.09.2026, 23:17 GÜNDƏM
-
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22.09.2026, 23:08 İQTİSADİYYAT
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
22.09.2026, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
22.09.2026, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
22.09.2026, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
22.09.2026, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
22.09.2026, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
22.09.2026, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
22.09.2026, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
22.09.2026, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
22.09.2026, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22.09.2026, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
22.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.2026, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
22.09.2026, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
22.09.2026, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
22.09.2026, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
22.09.2026, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
22.09.2026, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
22.09.2026, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
22.09.2026, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
22.09.2026, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
22.09.2026, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
22.09.2026, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
22.09.2026, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
22.09.2026, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
22.09.2026, 13:21 CƏMİYYƏT