Volkan Dəmirəl yenidən baş məşqçiliyə dönür

img

30-10-2024 [09:53]


Türkiyə Super Liqasının yeni komandası "Bodrum FK" uğursuz nəticələrə görə baş məşqçi İsmət Taşdemiri istefaya göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri klub artıq təsdiqləyib.

Məlumatda o da deyilir ki, klub rəhbərliyi boşalan baş məşqçi postu ilə bağlı vaxtilə "Hatayspor"u çalışdıran və hazırda şərhçilik eləyən  Volkan Dəmirəllə danışıqlara başlayıb.

Xatırladaq ki, "Bodrum FK" son liqa matçında "Fənərbağça"ya 2-0 məğlub olub. Komanda hazırda 10 xalla liqada 13-cü pillədə qərarlaşıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA