17-07-2014 [15:04]
Teleqraf.com əbər verir ki, ötən ilin dekabrın 29-da, axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində Zaqatala rayonu Göyəm kənd sakini, 1987-ci il təvəllüdlü İlkin Nuriyevin idarə etdiyi "VAZ 21099” markalı və Şəki rayon sakini, 1985-ci il təvəllüdlü Mehman Mustafayevin sürdüyü "Opel” markalı avtomobillər toqquşub.
İlkin Nuriyevin idarə etdiyi "VAZ 21099” markalı avtomobil toqquşmadan sonra yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Mehman Mustafayevin idarə etdiyi "Opel” markalı avtomobil isə yolun kənarına aşıb.
Baş vermiş qəza nəticəsində VAZ 21099” markalı avtomobilin sürücüsü İlkin Nuriyev hadisə yerində ölüb. İlkin Nuriyevin sərnişini, rayonun Çobankol kənd sakini, 1991-ci il təvəllüdlü Eldar Məmmədov isə qəza nəticəsində aldığı ağır bədən xəsarətlərindən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zaman ölüb.
"Opel” markalı avtomobilin sürücüsü Mehman Mustafayev qəza nəticəsində xəsarət almasa da, onun sərnişinləri - Beylaqan rayon sakini, 1990-cı il təvəllüdlü Nəsimi Talıbov və Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Aleksey Klinçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı yol qəzasının törədilməsində Mehman Mustafayev təqsirli bilinib və buna görə də onun barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mehman Mustafayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO