İsrail parlamentindən qərar - BMT-yə aid təşkilatın fəaliyyəti qadağan olunacaq

img

29-10-2024 [00:30]


İsrail Parlamenti (Knesset) Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyin (UNRWA) İsraildəki fəaliyyətinə qadağa qoyacaq qanun layihəsini təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün 120 nəfərlik Knessetdə keçirilən səsvermədə deputatlardan 92-i qərara "hə" deyib.

Maraqlıdır ki, 10 deputat bu qadağayua qarşı çıxıb.

Xatırladaq ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda UNRWA-nın 231 əməkdaşını öldürüb.

Rəsmi Tel-Əviv bu təşkilatı HƏMAS-a yardımda ittiham edir.

Onu da qeyd edək ki, İsrail BMT Baş katibinin də ölkəyə girişinə qadağa qoyub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR