“Körpü Bina Tikinti”nin "Sabunçu tunel"i... - Yenidən qapadılıb (VİDEO)

“Körpü Bina Tikinti”nin "Sabunçu tunel"i... - Yenidən qapadılıb (VİDEO)

CƏMİYYƏT

28.10.2024, 12:47

Hazırda paytaxtda müşahidə edilən güclü leysan səbəbi ilə şəhərin bəzi küçə və tunellərində nəqliyyatın hərəkətində problem yaranıb.

Mia.az xəbər verir ki, yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb.

Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martın 13-nə təsadüf edib.

Xatırladaq ki, oktyabrın 22-də yağan aramsız yağışdan sonra Sabunçu tunelini su basmış, nəticədə köməksiz qalan iki nəfər orada boğularaq ölmüşdü(Qaqfqazinfo).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR