Didye Droqba Türkiyədə klub alır - Əfsanəvi qolçu 3 klub arasından seçim edib

img

28-10-2024 [10:28]


2013-2014-cü illər arasında "Qalatasaray"da çıxış edən əfsanəvi futbolçu Didye Droqba Türkiyədə futbol klubu alır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyədə 3-cü Liqaya qədər yuvarlanan keçmiş liqa şempionu "Bursaspor"la artıq anlaşmaq üzrədir.

Türkiyə mətbuatı yazır ki, onun bu komandanı seçməsinin səbəbi "Bursaspor"un tarixi, azarkeş kütləsi və Superliqadakı əvvəlki çempionluğu mühüm rol oynayıb: "Halbuki, ona ilk olaraq 2-ci liqada çıxış edən və superliqaya yüksəlmək şansları olan "Sakaryaspor" və "Altınordu" klublarından təklif edilib. Lakin keçmiş hücumçu son anda onlardan birini satın almaq fikrindən daşınıb".

Məlumata görə, çox yaxın vaxtda alqı-satqı rəsmiləşəcək.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA