Prezident İlham Əliyev Rusiyada - Tatarıstan prezidenti Azərbaycan liderinə orden verdi (FOTOLAR) - Yeniənir

img

23-10-2024 [12:58]


Azərbaycan Prezidenti İlham Əliyev Tatarstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

Bu barədə Fərmanı Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

Mia.az xəbər verir ki, görüşdə Tatarıstan lideri Azərbaycan prezidentinə orden verib.

****

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR