Daxili İşlər Nazirliyi “ASAN xidmət” mərkəzlərində işləmək üçün kadr axtarır - Şərtlər elan olundu
23-10-2024 [12:25]
Daxili İşlər Nazirliyi (DİN) Şuşa, Salyan, Masallı, Lənkəran və Kürdəmir “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə, eləcə də Bakı şəhərində yerləşən müvafiq qurumlarda vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.
Məlumata görə, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü ilin oktyabr ayının 21-dən noyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb