“Elfsborq”un Baş məşqçisi: "Qalatasaray"la bizi çox çətin oyun gözləyir"

img

23-10-2024 [00:17]


Avropa Liqasının 3-cü turunda "Qalatasaray”la bu gün səfərdə qarşılaşacaq İsveçin “Elfsborq” komandasının baş məşqçisi Oskar Hiljemark açqılamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, oyunun çox çətin keçəcəyini iddia edib: "Çox çətin matç olacaq. İstər fərdi, istərsə də kollektiv şəkildə əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupdan çıxmaqdır. Əlbəttə, bu liqa uzun bir yoldur və bu oyunla daha irəliyə getmək istəyirik".

"Elfsborq"un futbolçusu Yohan Larsson isə deyib ki, bugünki oyunda meydana çıxıb öz oyunlarını oynayacaqlar: "İnanıram ki, atmosfer çox yaxşı və sərt oyun olacaq".

Xatırladaq ki, oyun Bakı avxtilə saat 18.30-da oynanılacaq. Oyun TRT1-də canlı yayımlanacaq.

Fərid Aslanlı

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:19 22.10.2024

Sabah leysan yağacaq