Heydər Əliyev adına Neft Emalı Zavodunda güclü yanğın... - İki helikopter havalandırılıb (Yenilənib)

img

22-10-2024 [14:01]


Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Mia.az xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Mia.az xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib kii, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:19 22.10.2024

Sabah leysan yağacaq