Fətullah Gülən dünyasını dəyişib

img

21-10-2024 [09:33]


Fətullahçı Terror Təşkilatının lideri kimi təqdim olunan Fətullah Gülən ABŞ-da xəstəxanada ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Gülənin qardaşı oğlu Ebuseleme Gülən qısa açıqlama yayyıb.

O, xəbəri belə açıqlayıb: "Fəthullah Gülən ruhunun üfüqlərinə getdi. Allah rəhmət eləsin”.

Xatırladaq ki, Gülən Pensilvaniyada yaşayıb. Ölüm xəbərini ona yaxın və ya nəzarətində olan mətbuat orqanları da yayıb.

Onuda qeyd edək ki, Gülən şəbəkəsi Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA