Bayden Yəhya Sinvarın ölümünün DNT testi ilə təsdiqləndiyni deyir: "Bu gün əla gündür"

img

18-10-2024 [10:10]


ABŞ prezidenti Bayden HƏMAS-ın ynei lideri Yəhya Sinvarın ölümü ilə bağlı diqqətçəkən açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden HƏMAS liderinin ölümünü alqışlayıb: "Bu, Qəzza xalqının zülmdən qurtulması üçün bir fürsətdir".

Amerika lideri deyibki, DNT testinin nəticələri HƏMAS lideri Yəhya Sinvarın ölümünü təsdiqləyir. “Bu gün ABŞ, İsrail və bütün dünya üçün əla  gündür".

Xatırladaq ki, İsrail HƏMAS liderinin yerini dronla aşkarlayıb. Bir qolunu bir neçə ay əvvəl savaşda itirdiyi deyilən HƏMAS lideri öldürülmədən əvvəl əl qumbarasını israilli hərbçilərə atıb...

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA