İsrail ordusu tarixi bölgəni viran qoyub: "Bilirsiniz, burada Yaqub peyğəmbərin oğlu və Yusifin qardaşı..."

img

16-10-2024 [19:55]


İsrail ordusu Livanın cənubunda yerləşən tarixi Muhaybib qəsəbəsini darmadağın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Muhaybib Bələdiyyə sədri  Kasım Əhməd Cabir xarici jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, İsrail ordusunun bir çox binanı bombalaması nəticəsində qəsəbədə böyük dağıntılar yaranıb: "Dağıntının miqyası ölçüyəgəlməzdir. Hazırda siyahılaşma gedir. Təəssüf ki, bomba təhlükəsinə görə qəsəbədə qalmaq mümkün deyil, əhali köç etmək məcburiyyətində qalıb".

Bələdiyyə sədri qəsəbənin tarixi bir şəhər olduğunu yada salıb: "Bilirsiniz, burada Yaqub peyğəmbərin oğlu və Yusifin qardaşı Binyaminin 2100 illik qibləgahı və sair çoxlu tarixi binalar var. Təəssüf ki, İsrail ordus heç nəyə məhəl qoymadan bomba yağdırır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR