Gömrük rüsumları üzrə proqnoz artırılacaq

img

16-10-2024 [13:53]


2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatının və yaxud 4,7 %-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR