Peskovdan Moldova ilə bağlı açıqlama: "İttihamları rədd edirik"

img

14-10-2024 [18:01]


"Moldovada keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına Rusiyanın müdaxiləsi ilə deyilənlər uydurmadır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin sualına cavabda deyib.

O, Rusiyanın heç bir ölkədə seçkiyə müdaxilə etmədiyini deyib: "Biz bu məsələ ilə bağlı ittihamları qəti şəkildə rədd edirik. Başqa ölkələrin daxili işlərinə qarışmırıq" 

Peskov əlavə edib ki, Moldovada Rusiya ilə yaxşı münasibətlər qurmaq istəyən çoxlu vətəndaşlar və siyasi partiyalar var: "Təəssüf edirik ki, bu gün onlara müxtəlif təzyiqlər var"

Qeyd edək ki,  Moldovada oktyabrın 20-də prezident seçkiləri keçiriləcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq