Sənətçilər şikayət elədi, nazirlik araşdırmaya başladı - Qalmaqal
11-10-2024 [14:39]
Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb.
Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.
Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.
İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.
Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: “Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.
Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: “Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır”.
Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: “Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar”.
Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd “Yeni Müsavat”a açıqlamasında deyib: “Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur. Onun ləqəbi var - "3", "5"... "3" - respublika tədbirləri, “5" - xarici qastrollar.
Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?
Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında “yeməyinizi vaxtında yeyin” deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?
Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi... Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik... Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr