İcra başçısının müavini döyülüb, maşının şüşəsi sındırılıb - Təfərrüat
10-10-2024 [13:00]
Azərbaycanda icra başçısının müavini döyülüb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbıər verir ki, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.
Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus “Haval” markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb.
Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb: “Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəklişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.
Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona “ceyran peçi” adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və “İran peçi” istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrafonda da olub və tapşırıq verilib ki, Fərhad “İran peçi” ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib. Tahir müəllim də Fərhada bildirib ki, “belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən”. Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.
Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Genk Tosun "Fənərbaxça"dan ayrılır
"Qalatasaray"ın qapıçısı klub alıb
Qəzzada can itkisi: ölənlərin sayı artıb
Hava kəskin soyuyacaq - Xəbərdarlıq
“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında anlaşma imzalanıb - Onlayn xidmətlərlə bağlı (FOTOLAR)
Afət Fərmanqızı məhkəməyə verildi - Qalmaqal
İsrail ordusu məktəbi vurub - 20 fələstinli həyatını itirib
Aparıcı AYNA-nı qınadı: "Pul yığmaq üçün növbəti tələ qurublar"
ABŞ və Yaponiya birgə raket istehsalına başlayır
Sabah yağış yağacaq
Sərhədimizi pozan 6 nəfər saxlanılıb - FOTOLAR
Bakıda ailəsinin baltalayan Əhməd cəzadan azad olunub - O, psixatriya xəstəxanasında məcburi müalicə alacaq
"Qardaşımı bıçaqlamaq üçün meşəlik ərazisinə aparıblar" - Ölümcül vurulan müğınninin bacısı
Rusiya Odessa limanında Panama gəmisini vurub, ölən və yaralananlar var - Nazir dünyaya səslənib
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
"Azərenerji"də plandan kənar yoxlamaya start verilir - Balababa Rzayevlə bağlı yeni iddialar yayıldı
Bakıda Pre-COP29 tədbiri başlayıb - İlham Əliyev iştirakçılarına müraciət ünvanlayıb (YENİLƏNİB)
Azərbaycanın şimal-qərb və qərb regionunda təhlükə yaranıb - Qəhvəyi mərmər bağacığı meyvə ağaclarını məhv edir!
"Kimin pulu varsa, xaricdə məqalə, monoqrafiya çıxarır və asanlıqla..." - Sabiq nazir və deputatdan nazirin fikrinə fərqli reaksiyalar
Siyavuş Novruzov: "Tofiq Yaqublunu neçə dəfə azad etmək olar?" - "Əsas məqsəd Azərbaycanın ərazisindən İrana müdaxilə etməkdir" (MÜSAHİBƏ)
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
YouTube "reklamı atla" düyməsini gizlətdi - Pulsuz istifadəçilər üçün yeni məhdudiyyət tətbiq olunub
"Beta-Azərbaycan" niyə cərimələnib?
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
İsmayıllıda meşələri doğrayan 8 nəfər tutulub
ABŞ-dan Livanla bağlı daha bir açıqlama: "Orada ikinci Qəzza hadisələri təkrarlanmamalıdır"
İsrail İordan çayının qərb sahilində daha iki məscidi boşaldıb
Floridada qasırğa təhlükəsi: yüzlərlə insan məktəblərə sığınıb
BMT baş katibinə yeni müavin təyin olunub - O, kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"EekadFacts” Azərbaycana böhtan atıb - MEDİA xəbərdarlıq yaydı
Nazirliyin axsaq siyasəti və ya 10 il geri qalan şöbə müdiri... - Fərid Şahbazlı yazır
Amerika futbol klubu livanlı baş məşqçini qovdu - Ölkəsinə mənəvi dəstək verdiyinə görə
Polis əməkdaşı qəzada ölüb
Daha bir xəstəxanaya baş həkim təyinatı olub
Joze Mourinyo futbolçuları 11 gün sonrakı oyuna hazırlayır
Türkiyə ordusu Suriyada daha iki 2 terrorçu zərərsizləşdirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - FOTO (Yenilənib)
İcra başçısının qəbulunda unikal olay: özünə xəsarət yetirən şəxs 100 manat cərimələnib
1 ayda 720 yumurta yeyən Harvard alimi mütəxəssisləri heyrətləndirib