“Əl-Əqsa” televiziyasının operatoru həlak olub - Müxbir isə yaralanıb 

img

09-10-2024 [23:58]


“Əl-Əqsa” televiziyasının operatoru və fotojurnalist Məhəmməd əl-Tanani həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrail ordusunun Qəzza zolağının şimalında Cibaliyaya təşkil etdiyi hava hücumu nəticəsində dünyasını dəyişib.

Məlumata görə, hadisə zamanı müxbir Tamir Lebed isə yaralanıb.

Bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 176-ya yüksəlib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA