İsmayıllıda meşələri doğrayan 8 nəfər tutulub

img

10-10-2024 [09:05]


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR