Prezident İlham Əliyev Fərman imzalayıb

img

09-10-2024 [12:59]


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda əlavə 87,7 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Fond isə Fərmandan irəli gələn məsələləri həll etməldir.

Bununla da İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 068,4 milyon manatadək artırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA