İRANIN İSRAİLDƏKİ GİZLİ SİLAHI – Tehran dünən bu məşhur taktikadan istifadə etdi (TƏHLİL)
SİYASƏT
02.10.2024, 14:54
İran ötən gecə İsrailə 180-500 arası raket atıb. Diqqətçəkən məqamlardan biri İsrailin 20 F-35 təyyarəsi və HHM sistemlərinin məhv edilməsi haqda iddiadır.
İsrail ordusunun rəsmisi Anna Ukolova bunu təkzib edib.
Nə baş verir?
Etiraf etmək lazımdır ki, İsrail İranı küncə sıxışdırıb. Yəni İranın İsrailə zərbə endirməkdən başqa yolu yox idi. Belə ki, Təl-Əvivin Livanda “Hizbullah”a qarşı başlatdığı əməliyyatlar fonunda Tehran proksisini qorumaq, həm də prestij itirməmək üçün nə isə etməli idi. Lakin Tehranı hərəkətə gətirən əsas məqam İsrail Baş naziri Benyamin Netanyahunun İran xalqına videomüraciətində dedikləridir.
“Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”, – B.Netanyahu deyib.
İran HƏMAS, “Hizbullah”ın ardından birbaşa hədəfin özü olacağını yaxşı başa düşür. Buna görə də cəld tərpənib İsrailin İrana ehtimal hücumlarının qarşısını almaq üçün belə bir hücum təşkil etdi.
Altıgünlük müharibədəki taktika
İran ordusunun məlum hücumu mahiyyət etibarilə İsrailin Altıgünlük müharibədəki (5 iyun 1967 – 10 iyun 1967) taktikasını xatırladır. Belə ki, İsrail sözügedən savaşın ilk anlarında ərəb ölkələrinin qırıcılarını məhv etmişdi. Ehtimal ki, İran hücumunun əsas hədəflərindən biri məhz F-35 qırıcıları və HHM sistemləri olub.
İran İsrailin növbəti hədəfinin nüvə və strateji hərbi obyektlər olduğunu sezib. Bu həcmdə hücum isə böyük ehtimalla F-35 təyyarələri ilə ediləcəkdi. Buna görə də İran İsrailin Altıgünlük müharibədə ərəb dövlətlərinin təyyarələrini sıradan çıxarıb qalib gəldiyi kimi, İsrailin F-35 qırıcılarını məhv etmək istəyib.
İranın İsraildəki gizli silahı
Dünənki hücumun digər diqqətçəkən məqamı isə eyni vaxtda naməlum silahlı şəxslərin Təl-Əvivdə çox sayda insanın öldürüldüyü hücumlar təşkil etməsidir.
Bu hücumu təşkil edəcək potensial iki qrup var:
1. İsraildə yaşayan İranla əlaqəli ərəblər;
2. Parsimlər.
Hər iki qrupun bu hücumda iştirak etməsi mümkündür, amma əsas versiya parsimlərlə bağlıdır. Parsimlər İran hakimiyyəti tərəfindən qorunan və İsrail dövlətinin qurulmasına qarşı çıxan yəhudi qrupudur. Parsimlər daha çox İranda yaşasa da, İsraildə olduqlarına dair də məlumatlar var.
Bu gün SEPAH daxilində olan və İsraillə bağlı kəşfiyyat məlumatları ötürən parsimlərin olması istisna deyil.
Nəticə
İranın İsrailə hücumu diqqət çəksə də, Tehranın bundan artığına əl atacağını düşünmürəm. Çünki İran-İsrail gərginliyi klassik müharibə deyil: total döyüşlər, quru savaşları ola bilməz. Bənzər formada bir-iki hücumlar olsa da, uzunmüddətli döyüşlər gözlənilmir. Lakin Tehranın atacağı yanlış addımlar fonunda Qərbin koalisiya yaratması istisna deyil.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İran XİN başçısı: "Omanla Hörmüz boğazı ilə bağlı danıışıqlar uğurla gedir"
Bugün, 00:31 DÜNYA
-
"Qalatasaray"ın hücumçusu İngiltərəyə gedir? - 35 milyonluq təklif var
Bugün, 00:24 İDMAN
-
Türkiyədə sərnişin avtobusu aşdı: 15 yaralı var
Bugün, 00:19 KRİMİNAL
-
TƏHDİDLƏR ARTDI: Türkiyə ordusu potensial təhlükələrə qarşı lazımi tədbirlər görür - NAZİR DEPUTATA BELƏ CAVAB VERDİ
Bugün, 00:15 GÜNDƏM
-
Yunanıstanda faciə: iki vertolyot havada toqquşub, ölənlər var + FOTO
Bugün, 00:12 DÜNYA
-
Fatih Tekkedən Məhəmməd Salahla bağlı suala cavab: "Ortada hələ real heç nə yoxdur"
Bugün, 00:08 İDMAN
-
KARTDAN KARTA LİMİTİNİN SƏBƏBİ: mahiyyət və fəsadları - Vəkil qeyri-şəffaflara şəffaflıq dərsi keçir
Bugün, 00:07 İQTİSADİYYAT
-
İtaliya hərbçilərindən İstanbula gedən Rusiya neft tankerinə qarşı əməliyyat: iki ölkədən dəstək və... - FOTOLAR
Bugün, 00:03 GÜNDƏM
-
Ağdam rayonunda güclü yanğın başlayıb
02.08.2026, 23:11 GÜNDƏM
-
Xəzər dənizi daha bir can aldı
02.08.2026, 20:15 CƏMİYYƏT
-
AGENTLİK ƏMƏKDAŞI QARABAĞDA MİNAYA DÜŞDÜ
02.08.2026, 14:54 GÜNDƏM
-
Sabah yağış yağacaq
02.08.2026, 13:01 GÜNDƏM
-
Kəlbəcərdə dərədə köməksiz alan kişi xilas olunub
02.08.2026, 12:35 CƏMİYYƏT
-
Kartdan-karta köçürmələrə limit qoyuldu - Gün ərzində yalnız...
02.08.2026, 10:18 İQTİSADİYYAT
-
Keçmiş kənd təsərrüfatı naziri vəfat edib
01.08.2026, 22:12 GÜNDƏM
-
Manaf Ağayev pul yağışına tutuldu: görüntüləri özü paylaşdı, sonra təcili sildi
01.08.2026, 19:13 ŞOU-BİZNES
-
İnna Abbasova vəzifədən azad edilib
01.08.2026, 18:52 İQTİSADİYYAT
-
“Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və mən..." - "Heç vaxt siyahıda olan adlar ictimaiyyətə açıqlanmır, çünki..."
01.08.2026, 18:07 SİYASƏT
-
“Elşad Xose sağ-salamatdır, ölməyib"
01.08.2026, 17:47 MƏDƏNİYYƏT
-
MƏHKƏMƏ İCRA BAŞÇISININ YERLİ SAKİNLƏRƏ QARŞI ŞİKAYƏTİNİ RƏDD ETDİ
01.08.2026, 17:05 GÜNDƏM
-
Kəmaləddin Heydərov Vaqif Əsədovun qızı barədə əmr imzaladı - Rəis vəzifədən azad edildi + FOTOLAR
01.08.2026, 16:21 CƏMİYYƏT
-
Cənubi Qafqaz boru kəməri ilə indiyədək nə qədər qaz nəql olunub? - Hesabat
01.08.2026, 15:56 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev: "Nəriman Həsənzadənin xatirəsi hər zaman yaşayacaq"
01.08.2026, 14:29 GÜNDƏM
-
Mehriban Əliyeva: "Nəriman Həsənzadənin xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl..."
01.08.2026, 14:29 GÜNDƏM
-
"Holcim” "Conco" QSC-dən nə istəyir? - Məhkəmə mübahisəsi
01.08.2026, 13:19 İQTİSADİYYAT
-
ADNSU-da daha 6 təyinat oldu - FOTOLAR
01.08.2026, 13:01 CƏMİYYƏT
-
Azərbaycan və Türkiyə energetika nazirləri Yaşıl Enerji Dəhlizləri layihələrini müzakirə edib - İstanbulda + FOTOLAR
01.08.2026, 12:58 İQTİSADİYYAT
-
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb - Axtarılır
01.08.2026, 12:50 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
01.08.2026, 12:09 GÜNDƏM
-
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub (Yenilənib)
01.08.2026, 12:06 MƏDƏNİYYƏT
-
Bayram Məmmədovun anası öldürülüb
01.08.2026, 11:27 KRİMİNAL
-
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr açıqlandı
01.08.2026, 10:54 CƏMİYYƏT
-
Şərurda ər arvadını öldürüb
01.08.2026, 00:21 KRİMİNAL
-
Vəzifəli şəxslərin adlarının hallandığı 5 milyonluq siqaret qaçaqmalçılığı: şahidlər ifadə verir - Məhkəmə iclası
01.08.2026, 00:09 KRİMİNAL