Aİ İranın İsrailə raket hücumunu qınadı: "Dərhal atəşkəs olmalıdır"

img

02-10-2024 [08:31]


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell İranın İsrailə hücumunu qınayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Borrel bildirib ki, Aİ İranın İsrailə hücumunu ən sərt şəkildə qınayır: "Təhlükəli hücumlar və cavab tədbirləri prosesin nəzarətdən çıxma riskini artırır. Dərhal bütün regionda atəşkəs tələb edirik".

Borrel sonda Aİ-nin regional müharibənin qarşısının alınmasına töhfə verməyə tam sadiq olduğunu təkrarlayb.

Zülfiyyə
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA